Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı və DİN-in Daxili Təhqiqatlar İdarəsinin nümayəndəsinin iştirakı ilə mühazirə keçirilmişdir

28.12.2018

 27 dekabr 2018-ci il tarixində “İnzibati hüquq” fənni üzrə II tədris saatında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə tədris cədvəlinə əsasən II kursla “Dövlət idarəetməsində intizam və maddi məsuliyyət” mövzusunda DİN-in Daxili Təhqiqatlar İdarəsinin baş inspektoru, polis mayoru Ruslan Babayevin iştirakı ilə mühazirə keçirilmişdir.

Mühazirənin əvvəlində DİN-in Polis Akademiyası Tədris-metodiki şöbəsinin rəisi, polis polkovniki Fərhad Əliyev bildirdi ki, bu cür mühazirə dərsləri Azərbaycan Respublikası DİN-in Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli Qərarının 6-cı bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə təşkil edilir. Həmin qərarın adı çəkilən bəndində kursantların nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsi nəzərdə tutulub.

Mühazirə mövzusu, planı və xüsusi ədəbiyyatı haqqında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovnik-leytenantı, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev məlumat verdi. Mövzunun nəzəri və təcrübi əhəmiyyəti haqqında məlumat verildikdən sonra aidiyyəti informasiyanın verilməsi üçün söz DİN-in Daxili Təhqiqatlar İdarəsi¬nin baş inspektoru, polis mayoru Ruslan Babayevə verildi. Dəvətə görə təşəkkürünü bildirən məruzəçi mövzunun əhəmiyyəti haqqında informasiya verdikdən sonra, daxili işlər orqanlarının əməkdaşları tərəfindən yol verilən icra və xidməti intizam pozuntuları haqqında danışdı. Kursantların diqqətinə çatdırıldı ki, polis əməkdaşları xidməti vəzifələrinin icrası zamanı yol verilən nöqsanlar ilə yanaşı, xidmətdənkənar vaxtlarda da polis əməkdaşının adına yaraşmayan bir sıra hərəkətlərə yol verirlər. DİN-in Daxili Təhqiqatlar İdarəsi¬nin baş inspektoru, polis mayoru Ruslan Babayev müəyyən statistik göstəricilər əsasında daha çox yol verilən xidməti pozuntular haqqında da kursantlara məlumatlar verdi. O, qeyd etdi ki, bu yönümdə həyata keçirilən məqsədyönlü tədbirlər hesabına DİN rəhbərliyi polis əməkdaşlarının nümunəvi xidmət göstərməsi ilə yanaşı, həm də ictimaiyyət arasında onların nümunəvi vətəndaş mövqeyinə malik olmalarına çalışır.

Daha sonra “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovnik-leytenantı, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev mühazirə mövzusunun hər üç sualı üzrə aidiyyəti məlumatları kursantların diqqətinə çatdırdı. Qeyd edildi ki, insan və vətəndaş hüquq və azadlıqlarını qoruyan polis əməkdaşları təhsil müddətində verilən bilikləri yaxşı mənimsəməlidirlər. Kursantlar təhsili başa vurduqdan sonra polis zabiti olaraq hüquq tətbiqetmə və hüquq-mühafizə fəaliyyətində nəzəri bilikləri tətbiq edəcəklər. Bu məqsədlə öyrədilən biliklər ilə yanaşı aşılanan peşə vərdişlərinə və bacarıqlarına yiyələnmək zəruridir. Mühazirəçi müvafiq qanunvericilik aktları əsasında hazırlanan görüntüləri nümayiş etdirməklə, plan üzrə suallara aydınlıq gətirdi. Yekunda hər iki mühazirəçi tərəfindən kursantların aidiyyəti suallarına izahlar verildi.
Sonda mühazirəçi kursantlar və kafedranın kollektivi adından qonağa dərin təşək¬kürünü bildirdi.





Çap et  Çap et