Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasında “Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarına əməl etmənin rolu” mövzusunda tədbir keçirilmişdir

02.03.2019

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından və bu Proqramın daxili işlər orqanlarında elan olunmasına dair DİN-in müvafiq əmrindən irəli gələn vəzifələrin, həmçinin DİN-in Tibb İdarəsinin “Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmrinin 1.1-ci bəndinin icrası ilə əlaqədar 25 fevral 2019-cu il tarixində DİN-in Tibb İdarəsinin Gigiyena Epidemiologiya Mərkəzinin həkim epidemioloqu tibb xidməti kapitanı Faiq Alməmmədov və həmin mərkəzin həkim-laborantı tibb xidməti leytenantı Gülyaz Rəcəbova ilə “Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarına əməl etmənin rolu” mövzusunda Polis Akademiyasının əyani təhsil üzrə I kurs kursantları ilə görüşü keçirildi. Görüşü kurs rəisi polis polkovnik-leytenantı Mehman Həsənov açıq elan etdikdən sonra Akademiyanın Tibb-sanitariya hissəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Sərdar Əliyev “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar Akademiyada aparılan silsilə tədbirlər barədə məlumat verdi. Sonra tibb xidməti kapitanı Faiq Alməmmədov və tibb xidməti leytenantı Gülyaz Rəcəbova mövzu üzrə çıxışlar etdilər. Kursantları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırıldı.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.


     Polis Akademiyası






Çap et  Çap et