Polis akademiyası

xəbərlər

Azərbaycan Respublikası DİN-in atıcılıq tirində «Güllə atıcılığı» üzrə yarış keçirilmişdir.

16.03.2019

 DİN-in 03.01.2019-cu il tarixli Ə2-001-19 nömrəli əmrinə əsasən 14-16.03.2019-cu il tarixlərində atıcılıq üzrə Daxili İşlər orqanlarının çempionatı keçirilmişdir.
Bu çempionatda Polis Akademiyasının yığma komandası (5 kişi və qadın) şəxsi tabel silahları ilə yarışda iştirak etmişlər.
Yarışın nəticələrinə görə Polis Akademiyasının yığma komandası atış tapşırıqları üzrə 650 xal toplayaraq fəxri kürsünün 1-ci yerinə layiq görülmüşlər.
DİO-nun hissə və bölmələri arasında 1-ci yerə layiq görülmüşlər. Yığma komandanın ümumi nəticəsi aşağıdakı kimi olmuşdur:

1.    Hərbi kafedranın tədris metodiki kabinet rəisi, polis mayoru Aslan Rəhimov (komandanın rəhbəri) – 1 və 3 nömrəli tapşırığın yerinə yetirilməsi üzrə II yer.

2.    V kursun kiçik inspektoru polis serjantı Elvin Həsənov – Kalaşnikov avtomatından atəş tapşırığın yerinə yetirilməsi üzrə 36 xal toplamışdır.

3.    V kursun 5-ci tağımının kursantı polis sıravisi Ramilə Allahverdiyeva – 1 və 2 nömrəli tapşırığın yerinə yetirilməsi üzrə I yer.

4.    IV kursun 2-ci tağımının kursantı polis sıravisi Asim Novruzov – Kalaşnikov avtomatından atəş tapşırığın yerinə yetirilməsi üzrə 48 xal toplamışdır.

5.    IV kursun 4-cü tağımının kursantı  polis sıravisi Nurlan Mirzəyev – 1, 3 və 6 nömrəli tapşırığın yerinə yetirilməsi üzrə 41, 59 və 53 xal toplamışdır.

6.    IV kursun 4-cü tağımının kursantı  polis sıravisi Rüfət Xələfov – 6 nömrəli tapşırığın yerinə yetirilməsi üzrə I yer.
Polis Akademiyasının yığma komandasının yarışa hazırlanmasında və atəş məşqlərinin təşkili və keçirilməsində Polis Akademiyasının döyüş və xidməti hazırlıq üzrə rəis müavini, polis polkovniki İlyas İsayevin və Hərbi kafedranın rəisi, polis polkovniki Hacı Aslanovun rolu böyük olmuşdur.

Polis Akademiyasında atəş hazırlığı üzrə məşğələlər DİN-in 17.09.2018-ci il tarixli Ə703-001-18 nömrəli əmri ilə elan olunmuş KQ-4/1 nömrəli Kollegiya qərarının icrasına uyğun olaraq təşkil olunub keçirilir. Bu məşğələlərin keçirilməsində əsas məqsəd gələcək polis əməkdaşlarının döyüş hazırlığı səviyyəsinin və atəş vərdişlərinin yüksəldilməsinə nail olmaqdır.

Hərbi kafedranın tədris metodiki kabinet rəisi, polis mayoru Aslan Rəhimov tərəfindən yığma komandanın üzvlərinin odlu silahlardan atəş açma vərdişlərinə və sərrast atış açmaq qabiliyyətinə yiyələnmələri istiqamətində yaxından köməklik göstərmişdir.       
Akademiya rəisi, polis general-mayoru Nazim Əliyev qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim etmişdir.


Hərbi kafedra





Çap et  Çap et