Polis akademiyası

xəbərlər

Polis Akademiyasında “Donor günü” keçirilmişdir

10.04.2019

 08 aprel 2019-cu il tarixində Polis Akademiyasının Heydər Əliyev Mərkəzində xeyirxah tədbir “Donor günü” keçirildi. Qeyd edək ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə start verilmiş “Talassemiyasız həyat naminə” proqramın yerinə yetirilməsində Akademiyanın şəxsi heyəti hər il yaxından iştirak edir. Talassemiyalı və Hemofiliyalı xəstə uşaqlara kömək məqsədilə keçirilən təmənnasız qan vermə aksiyasında vətənpərvər və humanist ruhda təhsil alan kursantlar, həmçinin Akademiyanın professor-müəllim heyəti daimi ənənələrinə sadiq qalaraq iştirak etdi. B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim-hematoloqları tərəfindən hər bir könüllü donorun sağlamlığı aksiyadan əvvəl yoxlanıldı. Müayinə nəticəsində sağlamlığı donorluğa imkan verən şəxslərdən qan götürüldü. Ümumilikdə 48 nəfər könüllü olaraq təmənnasız öz qanlarını xəstə uşaqlar üçün verdilər.






Çap et  Çap et