Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasının kursantları arasında “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda slayd müasbiqəsi keçirilmişdir

11.05.2019

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təlim-tərbiyə işi şəxsiyyətin formalaşması üçün mütəşəkkil təşkil olunmuş məqsədyönlü prosesdir və vətənpərvərlik, mənəvi-əxlaqi, estetik, hüquqi və fiziki tərbiyə məsələlərinin həllinə kompleks yanaşma əsasında tədris prosesi ilə birgə aparılır. Təlim-tərbiyə işinin mahiyyəti təhsilalanlara vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər qanunvericilik aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək, dövlətə və xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və peşəkarlıq keyfiyyətləri aşılamaq, milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etməkdən ibarətdir.

Polis Akademiyasının 2018-2019-cu tədris ili üçün elmi-tədqiqat işləri üzrə tədrbirlər planının icrası ilə bağlı Akademiyanın 3-cü kurs kursantları arasında 10 may 2019-cu il tarixdə gələcək xidməti vəzifələrinin müvəffəqiyyətlə icrası istiqamətində peşə vərdişlərinin yüksəldilməsi, vətənə, dövlətə, milli dəyərlərimizə məhəbbət hisslərinin aşılanması, ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması, daxili işlər orqanları üçün müasir informasya texnologiyaları sahəsində biliklərə yiyələnmiş peşəkar kadrların hazırlanması, eləcə də kursantların tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsi məqsədi ilə “DİO-da idarəetmənin təşkili” kafedrası tərəfindən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzunda slayd müsabiqəsi keçirilmişdir.

Müsabiqənin yekun mərhələsinə çıxarılmış 14 təqdimat slaydından 3 kursantın işi komissiya üzvlərinin qərarına müvafiq olaraq qalib elan olunmuşdur. Komissiya üzvlərinin səs çoxluğu ilə ilə 3-cü kursun 3-cü taqım kursantı Rüstəmov Təbriz 1-ci yerə, 6-cı taqım kursantı Əliyev Aqşin 2-ci yerə, 4-cü taqım kursantı Ceyidli Nilgün 3-cü yerə layiq görülmüşlər.






Çap et  Çap et