Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşlarının təşkilatçılığı ilə Psixonevroloji müəssisədə “28 may – Respublika günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

31.05.2019

“28 may – Respublika günü” ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsində 27 may 2019-cu il tarixdə Polis Akademiyasının təşkilatçılığı ilə musiqili tədbir keçirilmişdir. Tədbirdə Akademiyanın rəhbər heyəti, bir qrup əməkdaşı, həmçinin Polis Akademiyasının özfəaliyyət dərnəyinin üzvləri iştirak etmişlər. Bundan başqa Akademiya rəhbərliyinin dəvəti ilə tədbirdə Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının yaradıcı kollektivi geniş konsert proqramı ilə çıxış etmişlər. Tədbir 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərində böyük marağa səbəb olmuş və onların rəqsləri ilə davam etmişdir.
 
       




Çap et  Çap et