Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasında “Vətəndaşların müraciət etmək konstitusiya hüququnun təmin edilməsində daxili işlər orqanlarının rolu” mövzusunda dəyirmi masa keçirilmişdir

04.06.2019

 DİN-in Polis Akademiyasında “Vətəndaşların müraciət etmək konstitusiya hüququnun təmin edilməsində DİO-nun rolu” mövzusunda 30 may 2019-cu il tarixində dəyirmi masa keçirilmişdir.
“Vətəndaşların müraciət etmək konstitusiya hüququnun təmin edilməsində DİO-nun rolu” mövzusunda dəyirmi masa Polis Akademiyasının Kursant Elmi Cəmiyyəti xətti üzrə “DİO-nun inzibati fəaliyyəti” kafedrası tərəfindən təşkil edilmişdir. Tədbirdə Polis Akademiyasının rəhbərliyinin nümayəndələri, müəllim heyəti, III-IV kurs kursantları, DİN-in və Bakı şəhər BPİ-nin aidiyyəti xidmətlərinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Bakı şəhər BPİ-nin Təşkilati İnspektor İdarəsinin baş inspektoru, polis mayoru Q.Pirişov, Xəzər RPİ-nin İTŞ-nin YYÇ-la PİTB-nin inspektoru, polis baş leytenentı X.Həsənova, A.Heydərov adına SKRHHM-in silsilə rəisi, polis polkovnik-leytenantı R.Abdullayev, Pirallahı RPŞ-nin İTB-nin rəisi, polis mayoru A.Məmmədov iştirak etmişdilər.
DİN-in Polis Akademiyası Tədris-metodiki şöbənin rəisi, polis polkovniki F.Əliyev dəyirmi masanı açıq elan edərək, Polis Akademiyasının rəhbərliyi adından iştirakçıları, qonaqları salamlayaraq, tədbir iştirakçılarına müvəffəqiyyətlər arzuladı. O, dəyirmi masanın aparılmasını “Kursant elmi cəmiyyətinin” sədri, “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent R.Məmmədova həvalə etdi.
“Kursant elmi cəmiyyətinin” sədri, “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent R.Məmmədov tədbirin proqramına uyğun dəyirmi masa iştirakçılarını, çıxış edənləri və mövzuları elan etdi.
Dəyirmi masada “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d. Ş.Şükürov rəhbərliyi altında hazırlanmış III-IV kurs kursantları tərəfindən tədbirin mövzusuna, onun tərkib hissələrinə, aktual sahələrinə və mövzuya yaxın olan istiqamətlər üzrə ətraflı və məzmunlu təqdimatlar həyata keçirildi.

 Dəyirmi masada III kurs IV taqım kursantı N.Ceyidli “Vətəndaş müraciət institutunun yaranması, inkişafı və müasir vəziyyəti” mövzusunda, III kurs V taqım kursantı Y.Ağamalıyev “Vətəndaşların müraciət etmək hüququ, dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətinin forması kimi” mövzusunda, III kurs I taqım kursantı Ə.Həsənzadə “Vətəndaşların müraciətlərin təmin edilməsi və baxılmasında Azərbaycan Respublikası DİO-nun fəaliyyətinin hüquqi əsasları” mövzusunda, III kurs VI taqım kursantı R.Şadlınskiy “Vətəndaşların müraciətlərinin qəbulu qaydaları, bununla bağlı DİO-da tələblər və onların əhəmiyyəti” mövzusunda, III kurs I taqım kursantı Ş.Eminov “Vətəndaşların müraciətlərinə DİO-da baxılması qaydaları və bu sahədə vəzifəli şəxslərin səlahiyyətləri” mövzusunda, III kurs I taqım kursantı X.Qasımov “Müraciətlərə baxılması zamanı Azərbaycan Respublikası vətəndaşlarının digər hüquqlarının təmin edilməsi” mövzusunda, III kurs II taqım kursantı R.Ağamirzəyev “DİO-da vətəndaşların müraciətlərinə baxılması fəaliyyətinə nəzarət mexanizmi” mövzusunda, IV kurs V taqım kursantı Ə.Eminli “Vətəndaşların qəbulu nəticəsində müraciət hüququnun həyata keçirilməsi” mövzusunda təqdimatlarla cıxışlar edildi.

Çıxışlardan sonra mövzular ətrafında geniş müzakirələr aparıldı.
“Vətəndaşların müraciət etmək konstitusiya hüququnun təmin edilməsində DİO-nun rolu” mövzusunda keçirilən dəyirmi masanı yekunlaşdıraraq DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovnik-leytenantı, h.ü.f.d., dosent R.Nəcəfquliyev müasir zamanda bu mövzuda keçirilən tədbirin aktuallığını vurğulayaraq, belə görüşlərin təhsilalanalar üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.
Dəyirmi masanın sonunda xatirə şəkili cəkildi.






Çap et  Çap et