Polis akademiyası

xəbərlər

Polis Akademiyasında DİN-in veteranları ilə görüş keçirilmişdir

04.07.2019

 DİN-in Polis Akademiyasında Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü ərəfəsində 24 iyun 2019-cu il tarixdə veteranlarla görüş keçirilmişdir. Görüşə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəik sükutla yad olundu, dövlət himni səsləndi. Tədbiri giriş sözü ilə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev açdı. DİN Veteranlar Şurasının sədri Fərhad Süleymanov çıxışında polisin keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, bugünkü polisin cümhuriyyət yadigarı olduğunu, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsinin dayandığını bildirdi.
Polis veteranları Adil Həsənov, Ramiz Axundov, Ələsgər Bədəlov, Kamal İmamverdiyev və Habil Alışanov müstəqilliyimizin ilk illərində erməni təcavüzünə qarşı döyüşənlərin, Vətənin səsinə səs verənlərin içində yüzlərlə polisimizin şəhidlik zirvəsinə ucaldığını, əlil və şikəst olduğunu xatırladaraq bu gün də polisin daha məsuliyyətlə, inamla dövlətə, xalqa xidmətindən danışdılar.






Çap et  Çap et