Polis akademiyası

xəbərlər

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Krasnodar Universitetinin rəisi, polis general-leytenantı A.V.Simonenko Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevə minnətdarlıq məktubu göndərib

18.10.2019

Hörmətli Nazim müəllim!

Rəhbərlik etdiyiniz Polis Akademiyasının əməkdaşları ilə yüksək səviyyədə təşkil olunmuş və xoş təəssürat bağışlayan görüşə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Polis elmi və təhsili sahəsində aparılan fikir mübadiləsi və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi olduqca məhsuldar və hər iki tərəf üçün faydalı olmuşdur.

Gözəl Bakı şəhəri ilə tanışlıq göstərdi ki, azərbaycanlılar öz ölkəsini nə qədər sevir və Rusiyaya qarşı hörmətlə münasibət bəsləyir. Heydər Əliyev Mərkəzində olduğumuz zaman tarixinizi necə səliqə ilə qoruduğunuzu, dünya miqyaslı siyasi xadim, əsl vətənpərvər və ölkəsinin rifah və tərəqqisi üçün böyük işlər görmüş Ümummilli Liderinizin xatirəsini necə yaşatdığınızı gördük.
Əminəm ki, bizim görüş gələcək əməkdaşlıq və dostluğun inkişafına və möhkəmləndirilməsinə yaxşı təkan verəcək.
Sizə və Akademiyanın kollektivinə vətənə xidmətdə uğurlar, müvəffəqiyyət və can saglığı arzulayıram.
Sizi həmişə Kuban torpağında görməyimizə şadıq!

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin
Krasnodar Universitetinin rəisi, polis general-leytenantı A.V.Simonenko
 





Çap et  Çap et