Daxili Işlər Nazirliyinin Polis Akademiyasının İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan 1-ci kurs kursantları Akademiya rəisinin tədris işləri üzrə köməkçisi Səməd Hümbətov, Tədris metodiki şöbənin metodisti Rüfət Abdullayev və Tədris metodiki şöbənin texniki vasitələr qrupunun kiçik inspektoru Xalid Piriyevin rəhbərliyi iləinformasiya texnologiyaları
və təhlükəsizliyi sahəsində dünya görüşlərinin artırılması məqsədilə Step Kompyuter Akademiyasının maddi-texniki bazası ilə tanış olublar. Step Kompyuter Akademiyasında kursantların bu sahədəki biliklərinin yoxlanılması məqsədi ilə test imtahanı keçirilmişdir.
Sonda Step Kompyuter Akademiyasının marketinq meneceri Ağakərim Poladov kursantları maraqlandıran suallara ətraflı izah vermişdir.