Akademiyanın şəxsi heyətinin fiziki hazırlıq səviyyəsinin təkmilləşdirilməsi, idmanın kütləviliyinin artırılması, yığma komandaların yarışlarda müvəffəqiyyətli çıxışının təmin edilməsi məqsədilə Akademiyada müxtəlif idman növləri üzrə dərnəklər yaradılmışdır.
Carı ilin oktyabr ayının 14-19 tarixlərində DİN-in İdman Cəmiyyətində keçirilən “Futbol”
üzrə yarışda Polis Akademiyasının yığma komandası da iştirak etmişdir. DİN-in İdman Cəmiyyətində Daxili işlər orqanları və hissələrinin 11 komandası arasında keçirilən yarışda Polis Akademiyasının yığma komandası III yerə layiq görülmüşdür.