Polis akademiyası

xəbərlər

Onlar polis andını qəbul etdilər

26.11.2019

 Azərbaycan Respublikası DİN-in müvafiq əmrinə əsasən 2019-cu ilin oktyabr ayının 21-dən noyabr ayının 25-dək DİO-ya orta rəis heyəti vəzifələrinə xidmətə qəbul olumuş 30 əməkdaşla “İlkin hazırlıq” kursu təşkil olunmuşdur. Kursun nəticələrinə əsasən 25 noyabr 2019-cu il tarixdə dinləyicilərlə “Andiçmə” mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən polis tibb leytenantı Tahir-zadə Fidan Telman qızı Akademiyada təhsil aldıqları müddət ərzində onlara yaradılmış imkanlardan məmnun olduqlarını qeyd edərək, polisin xidmət sahələri üzrə keçirilən dərslərdə peşəkar müəllimlər tərəfindən onlara öyrədilmiş bacarıq və vərdişlərin gələcək fəaliyyətlərində daim tətbiq edəcəklərini bildirdi.
“Andiçmə” mərasimində iştirak edən DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev gənc əməkdaşları bir daha təbrik etdi, gələcək xidmətlərində yüksək nailiyyətlər arzulamaqla, DİN rəhbərliyinin tövsiyələrini onların nəzərlərinə çatdırdı.
Sonda kursu müvəffəqiyyətlə bitirmiş əməkdaşlara müvafiq sertifikatlar təqdim olundu.


  




Çap et  Çap et