Polis akademiyası

xəbərlər

Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anım günü Polis Akademiyasında da qeyd edildi

09.12.2019

Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Polis Akade miyasının Heydər Əliyev Mərkəzində 5-12 dekabr 2019-cu il tarixlərində silsilə tədbirlər keçirilir.
Tədbirlərə Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 181, 183 və 156 nömrəli tam orta məktəblərin, eləcə də Süleyman Rüstəmov adına xarici dil təmayüllü liseyin müəllim və şagird heyəti dəvət edilmişdir.
5 dekabr 2019-cu ildə 156 nömrəli tam orta məktəbin, 6 dekabr 2019-cu ildə 181 və 183 nömrəli tam orta məktəblərin müəllim və şagird heyətinin iştirakı ilə tədbirlər keçirilmişdir.

Tədbirdən öncə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev və məktəblərin müəllim, şagird heyəti Polis Akademiyasında yerləşən Ümummilli Liderin abidəsi önünə çiçəklər qoymuşlar.
Sonra Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, öyrədilməsi və təbliğ edilməsi məqəsdilə şagirdlər Polis Akademiyasında yerləşən Heydər Əliyev Mərkəzini ekskursiya etmişlər. Mərkəzi ziyarət edən məktəblilər ilk öncə Heydər Əliyev muzeyi ilə tanış olmuş, Ümummilli Liderin keçdiyi həyat yolu haqqında ətraflı məlumat əldə etmişlər. Həmçinin Mərkəzdə fəaliyyət göstərən kompyuter, ingilis dili, fotoqrafiya, elektron kitabxana və şahmat otaqları ilə tanış olmuşlar.
Heydər Əliyev Mərkəzinin akt zalında Polis Akademiyasının rəhbərliyinin, müəllim heyətinin və məktəblilərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirin proqramına uyğun olaraq ilk öncə bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sükutdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş və tədbir açıq elan olunmuşdur.

 Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu barədə çıxış etdikdən sonra “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilmişdir.
Sonra 183 nömrəli tam orta məktəb şagirdləri tərəfindən Ulu Öndərə həsr edilmiş şeirlər söylənilmiş və çıxışlar etmişlər.
Tədbir çərçivəsində “İctimai elmlər” kafedrasının rəisi, polis mayoru Rəhim Məcnunov tərəfindən orta məktəb şagirdləri ilə “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi” mövzusunda açıq dərs keçirilmişdir.
 
 




Çap et  Çap et