Polis akademiyası

xəbərlər

Polis Akademiyasında “İnsan hüquqları ümumi Bəyannaməsi”nin qəbul edilməsinin 71 illiyinə həsr olunmuş elmi seminar keçirilmişdir

13.12.2019

 10 dekabr 2019-cu ildə Polis Akademiyasında Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları ümumi Bəyannaməsi”nin qəbul edilməsinin   71 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmləri: problemlər və perspektivlər” mövzusunda elmi seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Kursant Elmi Cəmiyyətinin  rəhbəri “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədov tədbir iştirakçılarını salamlayaraq, mövzusunun əhəmiyyətini vurğulamış, dəvət olunan və çıxış edən əməkdaş və kursantları elmi seminarın iştirakçılarına təqdim etmişdir.  

Tədbirdə çıxış edən Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya- nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dosent Hikmət Eyvazov Kursant Elmi Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirmiş, Cəmiyyətin üzvlərinin elmi yaradıcılığa olan yüksək marağını qeyd etmiş, bu sayaq tədbirlərin gələcəkdə də silsilə xarakter almaqla keçirilməsinin məqsədəmüvafiqliyini bildirmiş, Kursant Elmi Cəmiyyətinin üzvlərinə, onların gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Polis Akademiyasının Tədris-metodiki şöbəsinin rəisi, polis polkovniki Fərhad Əliyev tədbir iştirakçılarını salamlamış, qısa müddət keçməsinə baxmayaraq Kursant Elmi Cəmiyyətinin növbəti tədbirində iştirakının məmnunluğunu qeyd etmiş, Kursant Elmi Cəmiyyətinin üzvlərinə onların gələcək fəaliyyətinə dair öz təklif və tövsiyələrini bildirmişdir.

Polis Akademiyasının “DİO-da inzibati fəaliyyət” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d. Şahin Şükürov, “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimləri, polis polkovnik-leytenantları Babək Nəsirov və  Mahir Xalıqov tədbirin mövzusunun aktuallığını qeyd edərək, günün aktual mövzusu olan “İnsan hüquqları haqqında” tədbir iştirakçılarına geniş məlumat verərək, dövlətin əsas vəzifələrindən biri olan insan hüquqlarının etibarlı müdafiəsi barədə, eyni zamanda  insan hüquqlarının təmin edilməsinin, müdafiə olunmasının aktual məsələləri ilə bağlı, habelə insan hüquqları ideyasının yaranmasının bəzi tarixi məqamlarına dair tədbir iştirakçılarına məlumat vermişlər.
Sonra isə tədbirin mövzusuna uyğun olaraq Kursant Elmi Cəmiyyətinin üzvləri, Polis Akademiyasının III kurs kursantı Vahid Baxşəli “İnsan hüquqları ideyasının inkişaf tarixi”, II kurs kursantı Gülnisə Əsədova “Daxili işlər orqanlarının fəaliyyətində beynəlxalq insan hüquqları sirandartlarının səmərəli təminatı”, III kurs kursantı Vüqar Sultanov “Avropa İnsan Hüquqları Məhkəməsi: mövcud vəziyyəti və perspektivləri”, III kurs kursantı Mehdi Quluzadə “Uşaq hüquqlarının müdafiəsinin aktual məsələləri” mövzularında çıxış etmişlər.
Çıxışlardan sonra tədbir iştirakçıları arasında maraqlı müzakirələr aparılmış və xatirə şəkli çəkdiriblər.





Çap et  Çap et