Polis akademiyası

xəbərlər

Polis Akademiyasında Xocalı şəhidlərinin anım tədbiri keçirilmişdir

07.03.2020

 DİN-in Polis Akademiyasında Xocalı soyqırımı ilə əlaqədar Xocalı şəhidlərinin anım tədbiri keçirilmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni oxundu. Tədbiri giriş sözü ilə akademiyanın rəisi, polis general-mayoru, h.ü.e.d. Nazim Əliyev açdı. O, Xocalı faciəsini XX əsrin bəşəri faciəsi adlandıraraq ermənilərin 26 fevral 1992-ci il tarixində  torpaqlarımızı işğal edərək xalqımızın başına misli görünməmiş vəhşiliklərin gətirilməsindən danışdı. Xocalı soyqırımının tanınması  Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi. Azərbaycandan başqa Xocalını tam səviyyədə qətliam kimi artıq 120 ölkənin tanıdığını bildirdi. Akademiya rəisi Bolqariyada Xocalı günləri ilə bağlı iştirak etdiyi tədbir haqqında da məlumat verdi.

Polis Akademiyasının “İctimai elmlər” kafedrasının müəllimi, polis kapitanı Əfqan Qasımzadə hadisəyə tarixi dəyər verərək məruzə söylədi.
Tədbirə dəvət olunmuş gənc yazıçı Habil Yaşar faciəyə həsr etdiyi şeirlərindən oxudu. Habil Yaşarın “Xocalı harayı” birpərdəli mənzum dramına akademiyanın “Dil hazırlığı” kafedrasının əməkdaşı, f.ü.f.d. Fərqanə Əliyeva və akademiyanın kursantlarının ifasında tamaşa edildi.
Tədbirin sonunda akademiyanın rəisi, polis general-mayoru, h.ü.e.d. Nazim Əliyev Şuşa Qalasında qələbə müjdəli tədbirlər keçirməyi arzuladı. Yazıçıya və kursantlara öz təşəkkürünü bildirdi.

  




Çap et  Çap et