Polis akademiyası

xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü Polis Akademiyasında qeyd edilib

18.05.2020

08 may 2020-ci il tarixində DİN-in Polis Akademiyasında xüsusi karantin rejiminin qaydalarına əməl etməklə «İctimai elmlər» kafedrasının və Kursant Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə Ümummili lider Heydər Əliyevin, şəhidlərimizin və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

Tədbiri videoformatda giriş sözü ilə açan Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev daxili işlər nazirinin salamlarını şəxsi heyətə çatdırmışdır. N.Əliyev Ulu Öndərin həyatından, tarixi və siyasi fəaliyyətindən, onun Azərbaycan xalqının taleyində və müqəddəratında oynadığı mühüm roldan, dahi rəhbərin böyük irsindən və onun gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışmışdır.

 Daha sonra «İctimai elmlər» kafedrasının rəisi, polis mayoru Rəhim Məcnunov geniş məruzə ilə çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və dövlətçiliyimizin formalaşmasındakı əvəzsiz rolu barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. R.Məcnunov 1993-cü ildən başlayaraq müstəqil Azərbaycanın tarixində yeni bir eranın - Heydər Əliyev mərhələsinin, böyük quruculuq dövrünün başlanması, daxili işlər orqanlarının  fəaliyyətində də yeni dövrə qədəm qoyulması, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçən ölkəmizin qarşısında digər problemlərlə yanaşı, hüquqi islahatların aparılması, beynəlxalq normalar əsasında hüquqi tənzimləmə mexanizmlərinin yenidən təşkili zərurətinin yaranması və bu nəhəng tədbirlərin Ümummilli lider tərəfindən həyata keçirilməsindən danışdı.

Sonda II kurs IV taqım kursantı Əsədova Gülnisə «Heydər Əliyev və Azərbyacan polisi» mövzusunda çıxış etmişdir. G.Əsədova Ulu Öndərin həyatı və fəaliyyəti, xüsusilə hüquq mühafizə orqanlarında xidmət etdiyi və Azərbaycanın inkişafı üçün gördüyü işlər barədə ətraflı məlumat vermiş, Ümummilli liderin irsinin öyrənilməsinin faydaları və zəruriliyi, Azərbaycanın gələcəyi üçün oynadığı mühüm rol və əhəmiyyəti onların diqqətinə çatdırılmışdır.






Çap et  Çap et