Polis akademiyası

xəbərlər

Etika Akademiyasının rəhbəri onlayn dərsdə iştirak etmişdir

25.01.2021

DİN-in Polis Akademiyasında 2020-2021-ci tədris ilindən “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” və “Ritorika” fənlərinin tədrisinə başlanılmışdır.  Bu fənlərin tədrisi kursantlarımıza həm işgüzar mühitdə, həm akademik çıxış zamanı, həm də gündəlik ünsiyyət proseslərində etik normalara, ədəbi dilin normalarına düzgün riayət etməyi öyrədir. Bu tədris ili ərzində “Dil hazırlığı” kafedrasının əməkdaşı, Qabaqcıl təhsil işçisi, f.ü.f.d. Fərqanə Əliyeva dərslərində interaktiv təlim metodlarından istifadə etməklə kursantların nitq fəaliyyətinin həm nəzəri, həm də praktik inkişaf etdirilməsinə çalışmışdır. Bu məqsədlə mühazirə və seminarlarda respublikanın dilçi alimlərini və görkəmli şəxsiyyətlərini Akademiyada tədrisə dəvət etmişdir.

Bu dəfə isə  Etika Akademiyasının rəhbəri Günel İbrahim  onlayn formatda dərsdə iştirak etmişdir.  O, ünsiyyət mədəniyyətində nitq formulaları, bədən dili və işgüzar etiket qaydaları haqqında kursantlarımıza dolğun məlumat vermişdir.
Müasir etika bu gün daxili bacarıqların inkişafını tələb edir, eyni zamanda natiqlik, hafizə, asan öyrənmə, kommunikasiya sirlərinə yiyələnmək, peşə fəaliyyətində yüksək standartlara cavab verən milli kadrları formalaşdırır. Etika Akademiyasının tədris etdiyi proqram çərçivəsində beyin alimlərinin son ixtiralarına dayanan asan öyrənmə və yaddaş məşqləri xüsusi yer almışdır.
Kadr potensialını effektiv biliklər çərçivəsində formalaşdırmaq Polis Akademiyasının daim diqqət mərkəzindədir. Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində daxili bacarıqlar və işgüzar etikanın aşılanması istiqamətində silsilə seminarlar davam etdiriləcəkdir.
Sonda kursantların sualları cavablandırılmışdır.





Çap et  Çap et