Polis akademiyası

xəbərlər

Polis Akademiyasının kursantı Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən elmi-praktik konfransda iştirak etmişdir

23.04.2021

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 23.04.2021-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi ilə əlaqədar "Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi" mövzusunda magistr, kursant və tələbələrin VIII elmi-praktik konfrans keçirilmişdir.
Konfrans onlayn formatda keçirilmişdir. Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəis müavini polkovnik İlham Babaşov iştirakçıları salamlayaraq qeyd etmişdir ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın müddəalarının yerinə yetirilməsi məqsədi ilə son illər Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elm-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması elmi-tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalatda tətbiq edilməsi, innovasiya və ixtiraçılıq fəaliyyəti dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması elmi konfransların keçirilməsi, elmi məqalələrin çapı təcrübə zamanı qazanılmış elmi bilik təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət göstərilir. Polkovnik İlham Babaşov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində uğurlar əldə edilməsində təhsilin xüsusi rolunu və əhəmiyyətini həmişə yüksək qiymətləndirdiyini bildirmiş, hal-hazırda isə dövlət başçısı İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.
Konfransda DİN-in Polis Akademiyasının əyani təhsil üzrə III kursun 1-ci taqımının kursantı Mirzəyev Sənan Mehdi oğlu "Fövqəladə Hallarda əhalinin təhlükəsiz zonaya köçürülməsində DİO-nun rolu" mövzusunda çıxış etmişdir.
Fövqəladə Hallar Nazirliyi Akademiyasının Elmi tədqiqar şöbəsinin müdiri, professor Aydın Qafarov öz təklif və tövsiyələri ilə bağlı çıxışda hazırlanan hər bir mövzunun öz fərdi xüsusiyyətləri, xarakterik əlamətləri olduğunu diqqətə çatdırmışdır.






Çap et  Çap et