Polis akademiyası

xəbərlər

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının məzunlarının 13-cü buraxılışı keçirilmişdir.

01.07.2009

01.07.2009-cu  il  tarixdə  Daxili  İşlər  Nazirliyinin Polis  Akademiyasının  məzunlarının  13-cü buraxılışı keçirilmişdir. 2008-2009-cu tədris ilini 200 müdavim başa vurmuş, onlardan 3 nəfər fərqlənmə diplomuna layiq bilinmişdir. Bu təntənəli mərasimə Milli Məclisin deputatları Rauf Əliyev və Fuad Muradov, daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov, daxili işlər nazirirnin müavinləri, polis general-leytenantları Vilayət Eyvazov, Oruc Zalov, Əsgər Ələkbərov, general-leytenant Zakir Həsənov və nazirliyin məsul rəhbər işçiləri, Əzizbəyov rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov və hüquq-mühafizə orqanlarının rəhbərləri, Sumqayıt şəhər Apellyasiya məhkəməsinin sədri İkram Kərimov, Polis Akademiyasının sabiq rəisi Rəsul Rəsulov, Bakı Orta Xüsusi Milis Məktəbinin sabiq rəisi Zilli Rzayev, Polis Akademiyasının sabiq rəis müavini Nazim Cəfərli iştirak etmişlər.




Çap et  Çap et