Polis akademiyası

xəbərlər

Müdavimlərin vətənpərvər, fiziki və mənəvi sağlam yetişdirilməsi məqsədilə Polis Akademiyasında tədbirlər davam etdirilir

12.12.2008

Müdavimlərin vətənpərvər, fiziki və mənəvi sağlam yetişdirilməsi məqsədilə Polis Akademiyasında tədbirlər davam etdirilir
Müdavimlərdə vətənpərvərlik və xidməti borca sədaqət hisslərinin aşılanması, fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsi məqsədilə Polis Akademiyasında silsilə tədbirlər həyata keçirilir.

12.12.2008-ci il tarixdə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Akademiyanın şəxsi heyəti sıra meydanında düzülmüşdür. Tədbirin əvvəlində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Akademiyanın rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev çıxış edərək SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycanda ictimai-siyasi durumu ətraflı təhlil etmiş, müdavimlərin diqqətinə çatdırmışdır ki, əgər ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsəydi onda Azərbaycan müstəqilliyini itirmək və parçalanmaq  təhlükəsi ilə üzbəüz qalacaqdı. Yalnız onun idarəçilik istedadı və bacarığı hesabına Azərbaycan xalqı həmin bəlalardan qurtulmuş və hazırda ümummilli liderin siyasətinin uğurla davam edən Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz özünə beynəlxalq aləmdə layiqli yer tuta bilmişdi.




Çap et  Çap et