xəbərlər

2021-ci il DİN-in Polis Akademiyasının 100 illik yubileyidir

31.03.2021

 «28 sentyabr 2021-ci ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı olan Polis Akademiyasının təsis edilməsinin 100 illiyi tamam olur.

Polis Akademiyası nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Akademiyanın ölkədə ali hüquq təhsili sisteminin qurulmasında, daxili işlər orqanlarına, eləcə də digər hüquq-mühafizə orqanlarına xeyli sayda peşəkar hüquqşünas kadrlarının hazırlanmasında, elmi tədqiqatların müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.

Akademiyanın professor-müəllim heyətinin səyi nəticəsində nəzəri və praktik biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik məzunların bir çoxu ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, Vətəninə layiqincə xidmət edir, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə dəyərli töhfələr verir.

Bu məqsədlə DİN-in “Polis Akademiyasının 100 illik yubileyinə həsr  olunmuş əsas təşkilati tədbirlərə dair Planı” təsdiq edilmişdir.

Plandan irəli gələn tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.»
 
 Respublikanın ilk peşəkar milis kadrlarını hazırlayan tədris mərkəzi kimi yaradılmış milis məktəbi zəngin, qaynar və faydalı bir ömür yaşayaraq akademiya səviyyəsinədək yüksəlmiş, öz yetirmələri və böyük elmi-təcrübi nailiyyətləri ilə şöhrət qazanmışdır. İnanıram ki, Polis Akademiyası müstəqil Azərbaycan Respublikası üçün bundan sonra da yüksək peşə hazırlığına malik sağlam və möhkəm əqidəli, milli dövlətçiliyimizə sadiq zabitləri yetişdirəcəkdir.
Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri

 

Geriyə | Çap versiyası