xəbərlər

«9 may – Qələbə Günü» Polis Akademiyasında da qeyd olundu

09.05.2021

07 may 2021-ci il tarixdə Tədris-metodiki şöbənin əməkdaşları, müəllim heyəti və kurs rəhbərlikləri tərəfindən I-IV kurs kursantlarına dərs zamanı «Böyük Vətən Müharibəsi» (1941-1945) və faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə əlaqədar geniş və ətraflı məlumatların çatdırılması təşkil edilmişdir. Həmçinin kurs yataqxanalarında «9 may – Qələbə Günü»nü özündə əks etdirən fotostendlər quraşdırılmış və məlumat lövhələrində bununla bağlı məlumatlar yerləşdirilmişdir.

 “İctimai elmlər” kafedrasının müəllimi, polis mayoru Əfqan Qasımzadə tərəfindən I-IV kursların şəxsi heyətinə faşizm üzərində qələbənin tarixi əhəmiyyəti, Böyük Vətən müharibəsinin baş verdiyi tarixi və şəraiti, dövrün beynəlxalq münasibətləri haqqında ətraflı məlumat verilmiş,  «Qələbə Günü» ilə bağlı qısametrajlı videofilm nümayiş edilmişdir.
08 may 2021-ci il tarixdə də Polis Akademiyasının daimi heyətinin şöbə, fakültə, kurs, kafedra, bölmə, hissə və xidmət rəhbərlikləri tabelikdəki əməkdaşlarla «9 may – Qələbə Günü» mövzusunda söhbətlər aparmışlar.


Geriyə | Çap versiyası