xəbərlər

Bakı şəhəri, Səbail rayonunun məktəbliləri Polis Akademiyası ilə tanış olublar

17.04.2024

17 aprel 2024-cü il tarixində Polis Akademiyası ilə tanış olmaq arzusunda olan məktəblilər üçün növbəti “Açıq qapı” tədbiri keçirilib.
Bakı şəhəri, Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin X-XI sinif şagirdləri Polis Akademiyasının qonağı olublar.
Qonaqlar Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, Polis Əməkdaşlarının İdman Nailiyyətləri guşəsi  və kriminalistik şəhərciklə tanış ediliblər. Bundan əlavə məktəblilərə Polis Akademiyasına qəbul qaydaları izah olunub, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib. Həmçinin, Polis Akademiyasının rəsmi saytında yerləşən “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssəsi ilə tanış olmaq imkanı da qonaqların nəzərinə çatdırılıb.
Sonda şagirdlərə Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.



Geriyə | Çap versiyası