xəbərlər

DİN-in Polis Akademiyasında “Silahsız özünümüdafiə” xidməti – tətbiqi idman növü üzrə Akademiya birinciliyi keçirilib

22.04.2024

22 aprel 2024-cü il tarixdə Polis Akademiyasının İdman şəhərciyində kursantlar arasında xüsusi fiziki hazırlıq və döyüş hazırlığının artırılması məqsədilə “Silahsız özünümüdafiə” xidməti-tədbiqi idman növü üzrə Akademiya birinciliyi keçirilib.

Yarışa 4 kursdan 6 çəki (67 kq, 73 kq, 80 kq, 88 kq, 97 kq) dərəcəsində ümumi 41 iştirakçı qatılıb. Yarışın təşkil edilib keçirilməsi Fiziki hazırlıq kafedrasının baş müəllimi, polis kapitanı Məhəmməd Məmmədli, baş hakimliyi DİN-in İdman Cəmiyyətinin baş təlimatçısı, beynəlxalq dərəcəli hakim Rəsul Məmmədov, hakimliyi isə kafedranın baş müəllimi, birinci dərəcəli hakim polis kapitanı Natiq Eminov tərəfindən həyata keçirilib.

Yarışa qatılan III kurs kursantları 67 kq çəki dərəcəsində Əkbər Məmmədov, 73 kq çəki dərəcəsində Murad Quliyev, 80 kq çəki dərəcəsində Nahid Həsənov və lV kurs kursantı 80 kq çəki dərəcəsində Hüseyn Əmoyev “Silahsız özünümüdafiə” xidməti-tədbiqi idman növü üzrə ən yaxşı texnikalı idmançı olaraq digər kursantlardan seçiliblər.

Gərgin mübarizənin sonunda III kurs kursantları Əkbər Məmmədov 67 kq, Şərif Seyfullazadə 73 kq, Anar Bafadarov 97 kq, II kurs kursantı Qədir Əliyev 88 kq və IV kurs kursantı Hüseyn Əmoyev 80 kq çəki dərəcəsində I yerə layiq görülüb.

Tədbirin sonunda yer tutmuş kursantlar rəhbərlik tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

 

Geriyə | Çap versiyası