xəbərlər

Polis Akademiyasına dəvət olunmuş prokurorlar ilə kursantlar arasında görüş keçirilib

06.05.2024

06 may 2024-cü il tarixində DİN-in Polis Akademiyasında Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Mahir Abbasov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, h.ü.f.d., kiçik ədliyyə müşaviri Nigar Qələndərli və Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənovla Akademiyanın müəllim heyəti, III və IV kurs kursantları arasında görüş keçirilib.   

Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov qonaqları salamlayaraq qeyd edib ki,  bu görüşün keçirilməsinin əsas məqsədi kursantların əldə etdikləri nəzəri biliklərin təcrübi bacarıq və vərdişlərlə bağlılığının təmin olunması, prokurorluq təcrübəsi və hüquq-mühafizə fəaliyyətində rast gəlinən aktual məsələlərin birgə müzakirəsinin təmin olunmasıdır.

Daha sonra qonaqların “Prokuror tərəfindən ittiham aktına baxılması zaman müstəntiq tərəfindən yol verilən nöqsanların aşkar edilməsi və həlli qaydaları”, “Prokuror tərəfindən müstəntiqə və təhqiqatçıya edilən etiraza baxılması qaydası”, “Əməliyyat-axtarış fəaliyyətinə prokurorun nəzarəti”, İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərin tövsifində yaranan problemlər; İstintaq hərəkətlərinin icrasının aktual problemləri, pozuntular və onların  həlli yolları” və “Kibercinayətkarlıq cinayətlərinin istintaqının müasir problemləri və onların həlli yolları” mövzularında çıxışları kursant və pedaqoji heyət tərəfindən maraqla dinlənilib.

Qarşılıqlı diskussiya formatında keçirilən görüşün sonunda mövzular ətrafında müzakirələr aparılıb və  kursantları maraqlandıran suallar cavablandırılıb.



Geriyə | Çap versiyası