Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

2023/2024-cü tədris ili üçün DİN-in Polis Akademiyasına ali təhsilin bakalavriat səviyyəsinə qiyabi təhsil üzrə qəbul ELANI

21.01.2023

Azərbaycan  Respublikası  Daxili İşlər Nazirliyinin «19» 01 2023-cü il tarixli 3-13\Ə37\2023 nömrəli  əmrinə əlavə 3.

 

 

Polis orqanının daxili elanlar guşəsində yerləşdirilməsi üçün

 

E L A N

 

 

Daxili işlər orqanları əməkdaşlarının nəzərinə




 

 

 

2023/2024-cü tədris ili üçün DİN-in Polis Akademiyasına ali təhsilin bakalavriat səviyyəsinə qiyabi təhsil üzrə qəbul

 ELANI

 

DİN-in Polis Akademiyasında qiyabi təhsilə qəbulla bağlı müsabiqədə -  sıravi, kiçik, orta və böyük rəis heyəti vəzifələrində xidmət edən, tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış polis əməkdaşları yanvar - aprel aylarında əsaslandırılmış raportla Azərbaycan Respublikası daxili işlər nazirinə müraciət etməklə iştirak edə bilərlər.


Raporta namizədin tam orta, yüksək texniki peşə, orta-ixtisas və ya ali təhsil haqqında sənədinin surəti əlavə edilir.

Müraciətlərə
Baş Kadrlar İdarəsinin sənəd qəbulu komissiyasında baxılır və ilkin şərtlərə uyğun gələnlərin tədris işlərinin DİN-in Baş Kadrlar İdarəsinə göndərilməsi barədə əməkdaşın xidmət keçdiyi daxili işlər orqanına tapşırıq verilir. Orada onun raportu əsasında tədris işi tərtib edilir. Tədris işinə əməkdaşın təhsil haqqında sənədlərinin əsli (xarici ölkələrdə təhsil almış şəxslər həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də təqdim edirlər), xidməti xasiyyətnaməsi, kadrların uçotunun şəxsi vərəqəsi (anket), əməliyyat-sorğu uçotları üzrə yenilənmiş yoxlama tələbnamələri üzrə məlumat əlavə olunur və may ayının 31-dək DİN-in Baş Kadrlar İdarəsinə göndərilir.

DİN-in Baş Kadrlar İdarəsi tərəfindən daxil olmuş tədris işləri öyrənilərək müsabiqədə iştirak üçün seçilən namizədlərin siyahısı müəyyən edilir və Azərbaycan Respublikası daxili işlər naziri ilə razılaşdırılaraq Akademiyanın Müsabiqə komissiyasına təqdim edilir.

Əməkdaşlar Polis Akademiyasında keçirilən daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulmuş fiziki hazırlıq üzrə normativləri yerinə yetirdikdən sonra Akademiyaya qəbul üzrə müsabiqədə iştiraka buraxılırlar.

Akademiyaya qəbul üzrə müsabiqə informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə Polis Akademiyasında test üsulu ilə keçirilən qəbul imtahanından ibarətdir. Tam orta (orta-ixtisas) təhsilli namizədlərlə qəbul imtahanı 100 sualdan ibarət olmaqla (Azərbaycan dili, ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə hər birindən 25 sual), təkrar ali təhsilə namizədlərlə test üsulu ilə qəbul imtahanı 100 sualdan ibarət olmaqla (Azərbaycan dili-10 sual, ədəbiyyat-10 sual, tarix-10 sual, coğrafiya-10 sual, Konstitusiya hüququ-40 sual, Polis haqqında Qanun-10 sual, DİO-da xidmət keçmə haqqında Əsasnamə-10 sual) üç saat müddətində fasilə verilmədən keçirilir.


Daha ətraflı məlumatı DİN-in Polis Akademiyasının - (012) 454-12-78 və ya Baş Kadrlar İdarəsinin - (012) 590-99-82, 19-82 (daxili) nömrəli telefonları vasitəsilə ala bilərsiniz.