Ölçü:
Gündəlik həyatımıza nüfuz edərək insan hüquq və azadlıqlarına real təhlükə yaradan, həmçinin cinayətkarlığın inkişafına təkan verən sosial-neqativ halların daha təhlükəli formalarından birinin ailə-məişət zorakılığının olması nəzərə alınaraq, bu sahədə aktual problemlərin elmi-tədqiqi və profilaktikası istiqamətlərinin araşdırılması günün tələbinə çevrilmişdir. Bu məqsədlə DİN-in Polis Akademiyası, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 29 fevral 2016-cı il tarixində hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin iştirakı ilə “Ailə-məişət zorakılığının sosial-psixoloji, cinayət-hüquqi və kriminoloji problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
alimləri və bu sahədə çalışan mütəxəssisləri, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin komitə üzvləri və deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Xəzər RİH-nin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Konstitusiya Məhkəməsinin, Bakı Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının, Gömrük Akademiyasının, Vergilər Nazirliyi Hüquq İdarəsinin, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndələri iştirak edirdilər.