Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis polkovniki Daanov Canpolad Alı oğlu
1981-ci ildə Balakən şəhərində anadan olmuşdur.
2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistraturasını fərqlənmə diplomları ilə bitirmişdir.
DİO-da xidmətə 2004-cü ildə DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlamışdır.
2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini, 2019-cu ilin avqust ayından 2020-ci ilin 19 noyabr tarixinədək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2020-ci il tarixli 2298 nömrəli Sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.
İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli 988 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Ailəlidir. İki övladı var.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisinin xidmət və döyüş hazırlığı üzrə müavini, polis polkovniki İsayev İlyas Şirzaid oğlu
1971-ci ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur.
1995-ci ildə RF DİN-in Sankt Peterburq Ali Hərbi Komanda Məktəbini, hüquqşünas ixtisası üzrə bitirmişdir.
1995-ci ildən daxili işlər orqanlarında xidmət edir.
1995-1996-cı illərdə RF DİN-in DQ-nin 6688 saylı hərbi hissəsində taqım komandiri, bölük komandirinin müavini, 1996-1999-cu illərdə Azərbaycan Respublikasının Daxili Qoşunlarının N saylı hərbi hissəsində xüsusi təyinatlı bölüyünün komandir müavini, 1999-2002-ci illərdə DQ-nın 215-ci motolaşdırılmış polis alayının komendant bölüyünün komandiri, 2002-2003-cü illərdə DQ-nın 215-ci Mühafizə Alayı üzrə 1-ci mühafizə taborunun qərargah rəisi - tabor komandirinin müavini, 2003-2008-ci illərdə DİN-nin DQ-nın N saylı taborunun komandirinin 1-ci müavini -gərargah rəisi, 2008-2011-ci illərdə DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandirinin 1-ci müavini-qərargah rəisi vəzifələrində xidmət etmişdir.
21.09.2011-ci ildən hazıradək DİN-in Polis Akademiyasının rəisinin xidmət və döyüş hazırlığı üzrə müavini vəzifəsində xidmət edir.
Ailəlidir. İki övladı var.