Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının nümayəndələri DTX-nin Akademiyasında keçirilən “Dövlət atributlarından Konstitusiyaya” mövzusunda respublika elmi-praktiki konfransında iştirak etmişlər

15.11.2019
 12 noyabr 2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Dövlət Bayrağı Günü, Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş “Dövlət atributlarından Konstitusiyaya” adlı respublika elmi-praktiki konfransı keçirilmiş, konfransda Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor Mahir Əhmədov və magistratura pilləsi üzrə II kurs dinləyicisi, polis leytenantı Ata Vəliyev Akademiyanı təmsil etmişlər.

Konfransda Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, professor Ziyafət Əsgərov, Azərbaycan Respublikasının xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəisləri və digər rəhbər şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər ali təhsil müəssisələrinin əməkdaşları, doktorant və kursantları iştirak etmişlər.
Konfransın plenar iclasını giriş nitqi ilə DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı polkovnik Allahverən İsmayılov açaraq dövlət atributlarının hər bir dövlətin milli varlığını və istiqlal duyğularını özündə əks etdirən mühüm amillərdən olduğunu qeyd edib. Bundan sonra digər qonaqlar çıxış etmiş və konfrans bölmələrdə işini davam etdirmişdir.

 Akademiyanın magistratura pilləsi üzrə II kurs dinləyicisi, polis leytenantı Ata Vəliyev konfransın “Hüquq” bölməsində “Şərti məhkum etmənin nəzəri problemləri” mövzusunda çıxış etmişdir. Məruzəçinin çıxışı iştirakçılar tərəfindən bəyənilmiş, debat formasında fikir mübadiləsi həyata keçirilmişdir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar və konfrans materiallarını özündə əks etdirən vəsaitlər təqdim edilmiş, xatirə şəkli çəkdirilmişdir.