Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “Silahsız özünümüdafiə” üzrə yarış keçirilmişdir

27.05.2021
 26-27 may 2021-ci il tarixlərində Polis Akademiyasının 100 illik  yubileyinə həsr olunmuş “Silahsız özünümüdafiə” üzrə Akademiya birinciliyi keçirilmişdir.  Yarış 6 çəki    (65 kq, 70 kq, 75 kq,  80 kq, 85 kq, 85+ kq.) dərəcəsi əsasında keçirilmişdir. Yarışda      I-IV kurslardan ibarət 4 komanda olmaqla, ümumilikdə 28 nəfər idmançı iştirak etmişdir. Yarış zamanı II kurs komandası 65 kq, 70 kq çəkilərdə xal hesabı ilə geriyə düşməsinə baxmayaraq nəticədə yüksək nəticələr əldə etmişlər.
“Silahsız özünümüdafiə” üzrə Akademiya birinciliyində IV kurs - birinci yerə, II kurs - ikinci yerə və III kurs - üçüncü yerə layiq görülmüşlər. 28 idmançı arasında IV kurs kursantı Ağahüseynli Saleh seçilərək ən çox xal ilə kursant yoldaşlarını üstələmişdir.
Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Yarışda IV kursun rəisi komandasının üzvünün ən fəal iştirakına görə “Təşəkkürnamə” ilə fəxri diploma layıq görülmüşdür.