Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının Elmi Şurasının iclası keçirilib

20.12.2021
20 dekabr 2021-ci il tarixdə Polis Akademiyasının Elmi Şurasının iclası keçirilmişdir. İclasda Elmi Şuranın üzvləri ilə yanaşı, Akademiyanın professor-müəllim və zabit heyəti,  Kursant Elmi Cəmiyyətinin üzvləri iştirak etmişdir.
İclası giriş sözü ilə açan Akademiyanın rəisi, polis polkovniki Canpolad Daanov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb. Sonra tədris edilən fənlər üzrə cari qiymətləndirmənin vəziyyəti və payız imtahan sessiyasına hazırlıq tədbirləri barədə Tədris-metodik şöbənin rəisi, polis polkovniki Fərhad Əliyevin məruzəsi dinlənilib. Məruzə ətrafında Akademiya rəisinin birinci müavini, professor Mahir Əhmədov, kafedra rəisləri dos. İ.Məmmədli, dos. S.Ağayev və dos. A.Mahmudov çıxış ediblər.
Hesabatlar dinlənildikdən sonra şura üzvləri tərəfindən qəbul edilib.

Gündəlikdə duran Dövlət proqramları, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icrası vəziyyəti barədə Katibliyin rəisi, polis polkovniki Səltənət Mustafayeva məlumat verib.
İclasın elmi katibi, dos. Hikmət Eyvazov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2021-ci il 26 noyabr tarixli Q17-001-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydası” və  Azərbaycan Respublikası Təhsil Nazirliyindən Akademiyaya daxil olmuş müraicətə baxılmasının nəticəsinə dair arayış barədə şura üzvlərini məlumatlandırıb. Şura üzvlərinin səsverməsi ilə professor-müəllim heyəti tərəfindən hazırlanmış tədris vəsaitlərinin nəşr olunması tövsiyə edilmişdir.
Sonda Akademiya rəisi, polis polkovniki C.Daanov bir sıra cari məsələlərin müzakirəsi və qarşıda duran vəzifələr barədə çıxış edərək Elmi Şuranın iclasına yekun vurub.