Polis Akademiyasının əməkdaşı Bakı şəhərinin 312 nömrəli tam orta məktəbində keçirilmiş tədbirdə iştirak etmişdir
19.05.2022
19 may 2022-ci il tarixində 312 nömrəli tam orta məktəbdə Bakı şəhəri üzrə Təhsil
İdarəsinin “Ailəm və məktəbim” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə məktəbin rəhbərliyi və müəllim heyəti ilə yanaşı 9-11-ci sinif şagirdləri də iştirak edirdi.
Tədbirdə DİN-in Polis Akademiyasının İxtisasartırma fakültəsinin rəisi, polis polkovniki Bağban Həsənov gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə çıxış edərək, iştirakçılara polis peşəsinin şərəfli xidmət sahəsi olmasına dair və DİN-in Polis Akademiyasında tədris-təlim prosesinin təşkili, onun maddi-texniki bazası və təhsilalanlara yaradılan şərait barədə zəruri məlumatlar vermişdir.
Sonda Akademiyanın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.