Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyalarının Beynəlxalq Assosiasiyasının (İNTERPA) XI konfransı

14.09.2022
2022-ci il 12-14 sentyabr tarixlərində Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində Polis Akademiyalarının Beynəlxalq Assosiasiyasının (İNTERPA) “Polisin fəaliyyətində rəqəmsallaşdırma” adlı XI konfransı keçirilmişdir. Konfransda 46 ölkədən 128 nümayəndə iştirak edib. Keçirilən tədbirdə Polis Akademiyası rəisinin birinci müavini, polis polkovnik-leytenantı Vüqar Mansurov və Beynəlxalq əməkdaşlıq qrupunun inspektoru, polis polkovnik-leytenantı Ruslan Cəfərov iştirak ediblər.

Beynəlxalq konfransda Türkiyə, İtaliya, Səudiyyə Ərəbistanı, Banqladeş, İordaniya, Vyetnam, Xorvatiya və digər iştirakçı ölkələrin təmsilçilərinin polisin fəaliyyətində rəqəmsallaşdırmanın əsas istiqamətlərinə həsr edilmiş təqdimatları dinlənilib. Polisin fəaliyyətində rəqəmsallaşdırma erası, informasiya məkanında cinayətkarlığın əsas səbəbləri və qarşısının alınması yolları, rəqəmsal texnologiyaların polisin fəaliyyətinin təşkili və əlaqələndirilməsində rolu, insanların polislə birbaşa əlaqəsini təmin edən xüsusi proqramların mobil telefonlarda tətbiqinin effektivliyi ilə bağlı müxtəlif məsələlər üzrə analitik təhlillərə əsaslanan təklif və tövsiyələr verilmiş, problemli məqamlarla bağlı diskussiyalar aparılmışdır.

Rəqəmsal texnologiyalardan istifadə etməklə törədilən yeni cinayət növlərinin yaranmasının mütərəqqi təhlükəsizlik platformasının formalaşdırılmasını zəruri etdiyi konfransda xüsusilə qeyd olunub.
Tədbirin yekununda polis təhsil müəssisələrinin fəaliyyətində müasir yanaşma, qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasının mühümlüyünü özündə ehtiva edən Bəyannamə qəbul edilib.