Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

“Açıq qapı” tədbirində iştirak etmiş şagirdlər Polis Akademiyası ilə tanış olmuşlar

19.10.2022
 Tədris bazasının səviyyəsi və verilən təhsilin keyfiyyətinə görə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında xüsusi yeri olan Polis Akademiyasında təhsil almaq arzusunda olan ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Açıq qapı” tədbirləri davam etdirilir.
Cari ilin 19 oktyabr tarixində təhsil müəssisəmizin növbəti qonaqları Xəzər rayonunda yerləşən 181 saylı tam orta məktəbin IX-XI sinif şagirdləri olmuşdur.
Görüş zamanı şagirdlər tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanaları ilə tanış edilmiş, Polis Akademiyasının tarixi, qəbul qaydaları, Akademiyada verilən ali hüquq təhsilinin üstünlükləri, kursantların maddi və sosial təminatları barədə ətraflı məlumat verilərək bukletlər təqdim edilmişdir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmış, xatirə şəkilləri çəkilmişdir.