Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

“Heydər Əliyev şəxsiyyəti, siyasi portreti və idarəçilik təcrübəsi” mövzusunda keçirilən konfransda Polis Akademiyasının əməkdaşları iştirak etmişdir

10.03.2023
09-10 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda “Heydər Əliyev şəxsiyyəti, siyasi portreti və idarəçilik təcrübəsi” mövzusunda kursant hərbi elmi cəmiyyətinin növbəti XVIII konfransı keçirilmişdir.

Əsas məqsədi elmi və elmi tədqiqat işinə meyilli kursantların aşkar edilməsi, hərb elminin inkişaf etdirilməsində onların rolunun artırılması, kursantların fərdi bacarıq və vərdişlərinin, intellektual səviyyəsinin, dünyagörüşünün yüksəldilməsi, elmi yaradıcılıq fəaliyyətinin, müstəqil düşüncə, analitik və tənqidi təfəkkürünün formalaşdırılması olan konfransda DİN-in Polis Akademiyasının “Hərbi kafedra”sının rəisi, polis polkovniki Hacı Aslanov və III kurs kursantı Səyyad Əliyev iştirak etmişdir.

Kursant Səyyad Əliyev “Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər” mövzusunda çıxış etmişdir. O, çıxışında bu gün ölkəmizdə səmərəli hərbi təhsil sisteminin yaradılması, hərbi kadr mütəxəssislərinin hazırlıq proqramları, hərbi təhsilin pillələri və onları həyata keçirən hərbi tədris müəssisələrinin fəaliyyət istiqamətləri yollarının müəyyən edilməsindən söhbət açmışdır.