Təchizat bölməsi

Bölmə başqa şöbə və bölmələrə nisbətən daha erkən yaradılmış, uzun müddət fəaliyyət  göstərərək, xeyli  təcrübə  əldə etmişdir. Bölmənin əsası Bakı Xüsusi Orta Milis Məktəbi yaradılarkən qoyulmuşdur. Akademiya yaradıldıqdan sonra onun işi daha da təkmilləşdirilmiş, daimi və dəyişkən heyətin sayınin artması nəzərə alınaraq ştat vahidləri artırılmışdır.

Akademiyanin maddi- texniki bazasının müasir avadanlıqlarla, kitabxana fondu və dəftərxana ləvazımatları ilə eləcədə daimi və dəyişkən heyətini geyim forması, silah-sursat, yataq dəstləri və ərzaq normaları  ilə  təmin edilməsındə Təchizat bölməsinin  xüsusi rolu vardır. Bölmədə  8 nəfər əməkdaşı, 25 nəfər mülki işçi fəaliyyət göstərir. Onlardan 3 nəfəri zabit, 5 nəfəri isə siravi və kiçik rəis heyəti vəzifəsini icra edir.

Həmçinin daimi və dəyişkən heyətə xidmətin yüksək  səviyyədə təşkili üçün bölmədə 1 bər-bər, 1 dərzi, 1 camaşirxana,1 müdavim yeməkxanası mövcuddur. Akademiyanın müdavim heyətinə gündəlik  yeməklərin hazırlanması məqsədi ilə mülki vətəndaşlardan təşkil olunmuş  21 nəfər peşəkar aşbaz və mətbəx fəhləsi fəaliyyət göstərir.

Bölmənin rəisi, polkovnik-leytinanti C.X.Novruzov Azərbaycan Dövlət Pedoqoji Univerisitetini bitirmişdir. DİO-da 1992-ci ildən Polis Akademiyasında xidmətə başlamışdır. Polis Akademiyasında İSK-in rəisi, “Taktiki və fiziki hazırlıq” kafedrasında müəllim, Komendant xidmətinin rəisi vəzifələrində işləmişdir.

Təchizat bölməsi aşağıdakı başlıca istiqamətlərdə fəaliyyət göstərir:

  • Akademiyanın illik planının hazırlanması üçün təkliflər hazırlayır;

  • Akademiyanın tədbirlər planına müvafiq təşkilati işləri həyata keçirir;

  • Akademiyanın şəxsi heyətinin geyim formaları ilə təminatının uçotunu, norma üzrə verilən geyim əmlaklarının əməkdaşların ölçülərinə uyğun sifariş olunmasını, istifadəyə verilməsini təşkil edir, eləcədə paylanılmış geyim formalarının, inventar əmlakların düzgün istifadə olunmasına nəzarət edir;

  • İlin yekunu ilə əlaqədar arayış hazırlayır;

  • Dəftərxana ləvazımatlarının alınması üçün təkliflər verir və əşyaların alınıb gətirilməsini təşkil edir;

  • DİN-in müvafiq əmrinin tələblərinə və tədris planına əsasən norma üzrə silah-sürsatın,xüsusi vasitələrin sifarişini və  alınıb gətirilməsini təşkil edir;

  • Tədrisdə müasir texnologiyalardan istifadə olunması üçün maddi-texniki bazanın yenilənməsi məqsədi ilə təkliflər hazırlayır;

  • Dəyişkən heyətin keyfiyyətli qida məhsulları ilə təmin olunmas üçün illik plan hazırlayaraq tender müsabiqəsi keçirir və qalib firmalarla müqavilələrin bağlanmasını təşkil edir;

  • Yarımfabrikatların hazırlanmasına, bişirilmiş xörəklərin müdavimlərə düzgün çatdırılmasına gündəlik nəzarət edir.      

Təchizat bölməsi işə yeni qəbul olunan aşbazların peşələrinə kamil yiyələnmələri istiqamətində də səmərəli iş aparılır. Uzun illər təcrübə toplamış aşbazlar gənc və ya təctübəsi az olan aşbazlar qarşısında nümunəvi xörəklər hazrlamaqla öz əməli köməkliklərini göstərmələri təşkil olunur.

 

Geriyə | Çap versiyası