xəbərlər

Qiyabi təhsil şöbəsinin dinləyiciləri arasında Viktorina keçirilmişdir.

17.02.2023

17 fevral 2023-cü il tarixində Polis Akademiyasının Qiyabi təhsil şöbəsinin və “Cinayət prosesi” kafedrasının birgə təşkilatçılığı  ilə l kurs  dinləyiciləri arasında Viktorina keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan        bilik müsabiqəsini giriş sözü ilə Qiyabi təhsil şöbəsinin rəisi, polis polkovniki Mahir Xalıqov açmış və dinləyicilər arasında keçirilən müxtəlif bilik yarışmalarının artıq bir ənənəyə çevirilməsini müsbət hal kimi vurğulamışdır.

Müsabiqədə hər birində dörd dinləyici olmaqla dörd komanda (Zəfər, Aslanlar, Qartal və Komando) və onların biliyini qiymətləndirmək üçün təyin olunmuş münsiflər heyəti iştirak etmişdir. 3 mərhələdən ibarət yarışda komandalar müəyyən olunmuş vaxt ərzində verilən sualları cavablandırmış və çıxışlar etmişlər.
Daha sonra “Dil hazırlığı kafedrası”nın rəisi, polis polkovnik-leytenantı Elçin Orucov müsabiqənin nəticələrini elan edərək, yekun qiymətləndirməyə əsasən Qartal komandasının I, Komando komandasının II, Aslanlar komandasının III, Zəfər komandasının isə IV yeri qazandığını bildirmişdir.        
Sonda bütün komanda üzvləri diplomlarla mükafatlandırılmışlar.
 
 
 

Geriyə | Çap versiyası