xəbərlər

Polis Akademiyasının əməkdaşları “XXI əsrdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” adlı elmi-nəzəri konfransda iştirak ediblər

19.04.2023

19 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransda Konstitusiya Məhkəməsinin hakimləri, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Ombudsmanı, Respublikamızın tanınmış alimləri iştirak ediblər.

Həmin Konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının nümayəndə heyəti Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov, Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi,polis polkovniki Ceyhun Süleymanov və eyni kafedranın müəllimi, polis leytenantı Ayişə Əliyeva iştirak ediblər.
Konfransa sədrlik edən Konstitusiya Məhkəməsinin Sədri cənab Fərhad Abdullayev açılış nitqində konfrans iştirakçılarını salamlamış və müasir Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyevin XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpa olunmasında, dövlətçiliyimizin qorunub saxlanılmasında, demokratik, hüquqi dövlət quruculuğunda böyük rolu barədə qeyd etmişdir.

Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ulu öndər Heydər Əliyevin rolu mövzusunda çıxış etdi və bu  təsisatın fəaliyyəti və inkişaf perspektivləri barədə konfrans iştirakçılarına məlumat verdi.

Konfransda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Heydər Əliyev Müstəqil Azərbaycan vəkilliyinin banisi kimi” mövzusunda çıxış  edərək bu orqanın yaranma və inkişaf tarixi, fəaliyyət istiqamətləri barədə öz fikirlərini bildirdi.
 Həmçinin Konfransda Milli Məclisin deputatı Əminə Ağazadə Ümummilli liderin ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açdı.
Konfrans öz işini müzakirələrlə davam etdi.

Geriyə | Çap versiyası