xəbərlər

Polis Akademiyasında “Silahsız özünümüdafiə” üzrə Akademiya birinciliyi keçirilib

26.04.2023

26 aprel 2023-cü il tarixində “Silahsız özünümüdafiə” üzrə Akademiya birinciliyi keçirilmişdir.
Yarışda 3 kurs üzrə 6 çəki (67 kq, 73 kq, 80 kq, 88 kq, 97 kq, +97 kq) dərəcəsində ümumilikdə 35 idmançı iştirak edib. Yarışın təşkil edilib keçirilməsi və baş hakimliyi Fiziki hazırlıq kafedrasının rəisi, polis polkovniki İlham Hüseyinov, orta hakimliyi və katibi polis kapitanı Natiq Eminov, yan hakimliyi isə polis baş leytenantı Elman Həsənov tərəfindən həyata keçirilmişdir.
Kursantlar arasında III kurs kursantları 67 kq çəki dərəcəsində Manidov Sənan,        73 kq çəki dərəcəsində Nəsirov Rəvan və 80 kq çəki dərəcəsində Məmmədov Temuraz Silahsız özünümüdafiə üzrə ən yaxşı texnikalı idmançı olaraq digər kursantlardan seçilmişlər.

Beləliklə, I kurs kursantı Əliyev Qədir 97 kq, III kurs kursantları Manidov Sənan   67 kq, Nəsirov Rəvan 73 kq, Məmmədov Temuraz 80 kq, Amoyev Hüseyn 88 kq və     IV kurs kursantı Allahverdiyev Ramil +97 kq çəki dərəcələrində I yerə layiq görülüblər.
Tədbirin sonunda yer tutmuş kursantlar Fiziki hazırlıq kafedrasının rəisi, polis polkovniki İlham Hüseynov tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar. Ən fəal iştirak edən kurs rəhbəri olaraq III kursun rəisi polis polkovnik-leytenantı Mehman Həsənova isə təşəkkürnamə təqdim edilib.
 
 

Geriyə | Çap versiyası