xəbərlər

Polis Akademiyasının əməkdaşı Özbəkistan Respublikası İctimai Təhlükəsizlik Universitetində beynəlxalq elmi-praktik konfransda iştirak edib

26.04.2023

26 aprel 2023-cü il tarixdə Özbəkistan Respublikasının İctimai təhlükəsizlik Universitetinin “İctimai təhlükəsizliyin təmin edilməsi” kafedrasının təşkilatçılığı ilə “İctimai təhlükəsizliyinin təmin edilməsi: milli və beynəlxalq təcrübə” mövzusunda videokonfrans formatında beynəlxalq elmi-praktik konfrans keçirilib. Özbəkistan Respublikası İctimai Təhlükəsizlik Universitetinin “İctimai təhlükəsizlik” kafedrasının rəisi, hüquq elmləri doktoru, professor, polkovnik Selimanova Svetlana Mixaylovna konfransın gündəliyi və məruzəçilər barədə məlumat verdikdən sonra, İctimai Təhlükəsizlik Universitetinin rəisi, hüquq elmləri doktoru, professor, Özbəkistan Respublikasının əməkdar hüquqşünası, polkovnik Rüstəmbayev Mirzəyusup Xakimoviç konfrans iştirakçılarını salamladı.İctimai təhlükəsizliyin təmin edilməsi, hüquqpozmaların törədilməsinə səbəb və şəraitin vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün səmərəli sistemin yaradılması, ictimai təhlükəsizlik sahəsində problemlərin həlli yollarını tapmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə təşkil olunmuş konfransda  Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus Respublikasının və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin tanınmış alimləri, aparıcı mütəxəssisləri və professor-müəllim heyəti iştirak edib. Belarus Respublikası Daxili İşlər Nazirliyi Akademiyasının Təhsil Müəssisəsi,  Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Jukov ordenli Qırmızı Bayraqlı Saratov Hərbi İnstitutu, Tacikistan Respublikası Müdafiə Nazirliyinin Hərbi İnstitutu, Özbəkistan Respublikası İctimai Təhlükəsizlik Universiteti və Qazaxıstan Respublikası Milli Qvardiya Akademiyasının  əməkdaşları konfransın mövzusuna müvafiq olaraq məruzələrlə çıxış ediblər.Konfransda  DİN-in Polis Akademiyasını İctimai elmlər kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov təmsil edərək “Kibercinayətlərlə mübarizənin hüquqi əsasları” mövzusu ilə çıxış edib.
 
 

Geriyə | Çap versiyası