xəbərlər

DİN-in Polis Akademiyasında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə videokonfrans formatında birgə mühazirə dərsi keçirilib

29.04.2023

29 aprel 2023-ci il  “İnzibati hüquq” fənnindən “İnzibati xətalar haqqında işlər üzrə icraatın hüquqi xarakteristikası və icraatın təmin edilməsi tədbirləri” mövzusunda mühazirə dərsi keçirilib. Dərsin ikinci hissəsi Akademiyanın əyani təhsil forması üzrə I kursda “rol bölgüsü” metodu əsasında aparılmışdır. Fənn müəllimi “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev mühazirə dərsinə virtual dəvət edilən qonaqları kursantlara təqdim edərək mühazirə dərsinin “birgə dərs elementləri”ndən istifadə olunmaqla “rol bölgüsü” əsasında aparılacağı haqqında məlumatları diqqətə çatdırdı. Mühazirəçi tərəfindən mövzunun adı və planı elan edildikdən sonra kafedrada və kitabxana fondunda olan əsas və əlavə ədəbiyyat, həmçinin Polis Akademiyasının digər dövlətlərin xüsusi ali təhsil müəssisələri ilə beynəlxalq əmək¬daşlığı nəticəsində əldə etdiyi elmi tədqiqat nümunələri, aidiyyəti internet resursları haqqında məlumatlar verildi, mövzunun planına uyğun olaraq hazırlanmış təqdimat materialları nümayiş olundu.

Mühazirə mövzusu üzrə DİO-nun inzibati fəaliyyəti kafedrasının rəisi tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın anlayışı və onun növlərinə dair, həmçinin icraatın təmin edilməsi tədbirləri və onların hüquqi məzmunu haqqında, eyni zamanda qüvvədə olan sahəvi qanuvericiliyə əsaslanan hüquq tətbiqetmə təcrübəsi diqqətə çatdırıldı.
Dərsin ikinci hissəsində Xətai RPİ-nin İctimai təhülkəsizlik şöbəsinin rəisi, polis mayoru Elçin Mirzəli icraatda vəzifəli şəxsin inzibati-hüquqi statusu və sübutetmə vəzifəsi haqqında, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü inzibati hüquq üzrə ixtisaslaşmış vəkil Şahmar Abdalov isə icraatda müdafiə tərəfi, qəbul edilən qərarların məhkəmə və ya inzibati qaydada mübahisələndirilməsi üzrə nəzəri və təcrübi məlumatlar verdilər. Mühazirənin yekununda kursantların icraatın növləri və sübutların qiymətləndirilməsinə dair sualları mühazirəçi və qonaqlar tərəfindən aidiyyəti üzrə cavablandırıldı və onlayn olaraq bu mühazirəyə qoşulan qonaqlara təşəkkür edildi.
Ümumilikdə “rol bölgüsü” metodu əsasında keçirilmiş mühazirə dərsi səmərəli şəkildə baş tutdu.
 
 
 

Geriyə | Çap versiyası