xəbərlər

“Heydər Əliyev İli”nə həsr olunmuş “Parkur” idman növü üzrə yarışda Polis Akademiyasının yığma komandası birinci yerin qalibi olmuşdur

29.04.2023

29 aprel 2023-cü il tarixində Daxili İşlər Orqanlarının qurumları arasında Ümummilli lider “Heydər Əliyev İli”nə həsr olunmuş “Parkur” idman növü üzrə yarış keçirilib.  

Yarışda Polis Akademiyasının yığma komandası ilə birlikdə hər birində 8 nəfər olmaqla 11 komanda iştirak edib. Yarışın qaydalarına görə final mərhələsinə çıxış qazanmaq üçün ən güclü üç komanda iki mərhələni ən yüksək nəticələrlə bitirməli idilər. Belə, ki I mərhələdə komanda əməkdaşları 6 güllə ilə 2 nömrəli tarşırığı yerinə yetirmiş və II mərhələdə  idman meydançasında maneələr zolağını dəf edərək ən güclü 3 komanda arasında I yer uğrunda mübarizələrini davam etdiriblər.

Polis Akademiyasının komandası Parkur yarışında əzmkarlıq nümayiş etdirərək I, Daxili Qoşunların yığma komandası II, Çevik Polis Alayının yığma komandası isə III yerə layiq görülüblər. Yarışın sonunda Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov və DİN-in İdman Cəmiyyətinin şöbə rəisi və əməkdaşları tərəfindən qalib komandlar medal və qiymətli hədiyyələrlə təltif ediliblər.
 


                        









Geriyə | Çap versiyası