xəbərlər

Polis Akademiyasının kursantları bədii yaradıcılıq müasabiqə-festivalında iştirak edib

06.05.2023

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi” və “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi” tərəfindən 2023-cü ilin mart-may aylarında ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş 3 (üç) mərhələli bədii yaradıcılıq müasabiqə-festivalı keçirilmişdi. Dil hazırlığı kafedrasının müəllimi, fil.ü.f.d.Fərqanə Əliyeva və Fiziki hazırlıq kafedrasının müəllimi, polis kapitanı Natiq Eminov incəsənətin müxtəlif sahələri üzrə Polis Akademiyasının əyani təhsil alan kursantlarından ibarət bir qrup hazırlamışdı.

 Bədii yaradıcılıq müsabiqə-festivalına respublika üzrə ümumilikdə 25 ali təhsil müəssisələrindən 12 nominasiya üzrə 250 nəfərdən çox iştirakçı arasında Akademiyanın əyani təhsil alan 4 (dörd) nəfər kursantı saz ifası üzrə Murad Bayramov  (I kurs V taqım), Manaf Gülmalıyev (III kurs IV taqım), bədii qiraət üzrə isə Səyyad Əliyev (III kurs V taqım) və Rəhim Rəhimli (IV kurs VI taqım) ali təhsil müəssisələri arasında Polis Akademiyasını layiqincə təmsil edərək müəyyən olunmuş 3 (üç) mərhələni müvəffəqiyyətlə keçib 06 may 2023-cü il tarixində Heydər Əliyev sarayında “Heydər Əliyevin anadan olamsının 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müasabiqə-festivalı”nın yekun konsertinə iştirak hüququ qazanıblar.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.
Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənə-timizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.
 
 
 

Geriyə | Çap versiyası