xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiya DİN-in Voronej İnstitutunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda onlayn formatda iştirak etmişdir

25.05.2023

25 may 2023-cü il tarixində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Voronej İnstitutunda “MDB dövlətlərində cinayətkarlıq: cinayətlərin qarşısının alınması və açılmasında problemlər” mövzusunda  keçirilən beynəlxalq elmi-praktik konfransda  DİN-in Polis Akademiyasının “DİO-da əməliyyat-axtarış fəaliyyəti” kafedrasının rəisi, polis polkovnik-leytenantı Orxan Məmmədov videokonfrans formatında iştirak etmişdir.

İlk olaraq tədbiri giriş sözü ilə açan Voronej İnstitutunun elmi işlər üzrə rəis müavini, texniki elmlər namizədi, dosent, polis polkovniki S.V.Rodin konfrans iştirakçılarını salamlamış və onlara uğurlar arzu etmişdir.

Konfrans çərçivəsində “Yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayət işlərinin istintaqının bəzi xüsusiyyətləri”, “Cinayət prosesinin rəqəmsallaşdırılması”,  “Müasir media məkanında “saxta xəbər” fenomeni. Saxta xəbərləri müəyyənləşdirmək və onlarla mübarizə üsulları” və “Mülki prosesdə prosessual şərtlər: Rusiya və Kamerun Respublikası qanunvericiliyinin müqayisəli təhlili” mövzularında çıxışlar edilmiş və müzakirələr aparılmışdır.
Konfrans ümumilikdə işgüzar və səmərəli şəkildə baş tutmuşdur.

Geriyə | Çap versiyası