xəbərlər

Polis Akademiyasında Vəkillər Kollegiyasının üzvü tərəfindən mühazirə oxunub

07.06.2023

07 iyun 2023-cü il tarixdə Polis Akademiyasında əyani təhsil alan I kurs kursantlarına “Hüquq-mühafizə orqanları” fənnindən Vəkillər Kollegiyasının üzvü, vəkil Fərid Həsənov tərəfindən “Azərbaycan Respublikasında vəkillik fəaliyyəti mövzusunda” mühazirə oxunub. F.Həsənov mühazirəsində Azərbaycan Respublikasında vəkilliyin hüquq-müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirən müstəqil hüquqi təsisat kimi rolu və əhəmiyyəti, vəkillərin  Azərbaycan Respublikasının Konstitusiyası, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun, prosessual qanunvericilik və digər qanunlar əsasında fəaliyyəti, habelə vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə dair ətraflı məlumat verilməklə yanaşı, vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərdiyini də vurğulayıb.

Vəkilliyin əsas vəzifələri kimi fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarət olduğunu kursantların nəzərlərinə çatdıran vəkil F.Həsənov vəkillik fəaliyyəti dövründə qarşılaşdığı hüquqi problemlərin həlli yolları, məhkəmədə vəkilin müdafiə nitqinin prosessual-hüquqi tərəfləri, vəkilin çıxışları, vəkilliyə qəbul olunmaq üçün irəli sürülən zəruri tələblər və vəkil peşəsinin özəlliklərinə dair məlumatları da kursantların diqqətinə çatdırıb.
Mühazirənin sonunda kursantları maraqlandıran suallar cavablandırılıb, xatirə şəkli çəkilib.
 
 

Geriyə | Çap versiyası