xəbərlər

Polis Akademiyasında silsilə “Açıq qapı” tədbirləri davam etdirilir

20.07.2023

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlər davam etdirilir.

Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonaqları “HOOD Academy” MMC-nin yay düşərgəsinin müxtəlif yaş qrupuna aid iştirakçıları olmuşlar.    21 iyun-19 iyul 2023-cü il tarixlərində düşərgə iştirakçıları- ümumilikdə 100-dən artıq şagird Akademiyanı bir neçə dəfə ziyarət etmişlər. Akademiya ilə yaxından tanış olmaq uşaqlarda polis peşəsinə maraq doğurmuş və bu tanışlığın gələcəkdəki ixtisas seçimində öz töhfəsini verəcəyini onları müşayiət edən müəllim tərəfindən vurğulanmışdır.

Uşaqlar Heydər Əliyev Mərkəzi, tədris modulu, kriminalistik şəhərcik, idman meydançaları, tədris korpusları və  kitabxana ilə  tanış ediliblər. Bundan əlavə, onlara Polis Akademiyasına qəbul qaydaları izah edilmiş, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilmişdir.
Sonda qonaqlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmış və xatirə hədiyyələri təqdim olunmuşdur.
 
 
 
 

Geriyə | Çap versiyası