xəbərlər

Polis Akademiyasında"qaynar xətt" xidməti fəaliyyətə başlayıb

29.12.2023

Vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və operativ əlaqələndirilməsi məqsədilə DİN-in Polis Akademiyasında “8880” nömrəli "Qaynar xətt" xidməti yaradılıb.

"Qaynar xətt" Polis Akademiyasında əyani və qiyabi təhsilə qəbul qaydaları, Akademiyada təhsilin üstünlükləri və digər məsələlərlə bağlı məlumatın əldə edilməsi, zənglərin tez bir zamanda cavablandırılaraq aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir.

“8880” "Qaynar xətt" xidməti iş günləri saat 09:00-dan 18:00-dək, şənbə günü saat 09:00-dan - 14:00-dək, qeyri-iş günlərində isə avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir.



Geriyə | Çap versiyası