xəbərlər

Polis Akademiyasında “İkinci Qarabağ müharibəsi Şəhidlərinin Anım Günü”nə həsr olunan referat müsabiqəsi keçirilib

26.09.2023

26 sentyabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasında Qiyabi təhsil şöbəsi və Hüquq nəzəriyyəsi kafedrasının əməkdaşlarının birgə təşkilatçılığı ilə II kurs dinləyicilərinin dərs cədvəlində nəzərdə tutulan “İkinci Qarabağ müharibəsi Şəhidlərinin Anım Günü”nə həsr olunmuş referat müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Qiyabi təhsil şöbəsinin rəisi, polis polkovniki Mahir Xalıqov dinləyicilərə Vətən müharibəsi barədə qısa məlumat verib və referat müsabiqəsinin iştirakçılarına uğurlar arzulayıb.
Dinləyicilər  “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusudur”, “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin modern ordu quruculuğu siyasəti”, “44 günlük Vətən müharibəsi şanlı tariximizdir” və “Azərbaycanın ərazi bütövlüyünün qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində Azərbaycan polisinin şanlı tarixi” mövzularında çıxışlar ediblər.
Sonda Hüquq nəzəriyyəsi kafedrasının rəisi, polis polkovniki Ceyhun Süleymanov müsabiqənin qaliblərini elan edib və dinləyicilərə təhsildə uğurlar arzulayıb.
 
 
 
 

Geriyə | Çap versiyası