xəbərlər

Polis Akademiyasında təcrübə məşğələlərinin keçirilməsi daim diqqət mərkəzində saxlanılır

04.10.2023

Pedaqoji fəaliyyətin effektiv keçirilməsi, təhsilalanların mənimsəmə səviyyəsinin yüksəldilməsi, kursantlarda nəzəri biliklərin təcrübədə tətbiq edilməsi vərdişlərinin yaradılması məqsədilə Polis Akademiyasının ərazisində yaradılmış bir sıra modul, təlim otaqları və poliqonlarda mütəmadi təcrübə dərsləri keçirilir.

Növbəti təcrübə dərsi “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki Səyyad Ağayev və kafedranın müəllimi, polis mayoru Ramil Mehdiyev tərəfindən əyani təhsil üzrə IV kurs kusantlarına hadisə yerinə baxışın keçirilməsi məqsədilə “İstintaq hərəkətləri” mövzusunda keçirilib.

Məşğələ zamanı kursantlar rol bölgüsü aparılmaqla komandalara bölünüb və hər bir komandaya ayrıca tapşırıq verilib. Məşğələnin sonunda kursantlar tərəfindən hadisə yerinə baxışın keçirilməsi haqqında protokollar tərtib edilib.
Keçirilmiş praktiki dərs kursantlar tərəfindən maraqla qarşılanıb.

 
 

Geriyə | Çap versiyası