xəbərlər

Dəfələrlə Dünya və Avropa çempionu olmuş Hacı Əliyev Polis Akademiyasında kursantalara nümunəvi təlim məşqi keçib

05.10.2023

 5 oktyabr 2023-cü il tarixində kursantlar arasında güləşə olan marağı nəzərə alaraq   “Sərbəst güləş” üzrə dəfələrlə Dünya və Avropa çempionu olmuş, 2016-cı il  Rio və 2020-ci il Tokio Olimpiya oyunlarının mükafatçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş Hacı Əliyev “Atma fəndlərinin təkmilləşməsi” mövzusunda seminarın keçirilməsi üçün Akademiyaya təşrif edib.

Hacı Əliyev məşq zamanı kursantların qarşılaşa biləcəkləri real vəziyyətlərdə  müxtəlif hərəkət, bacarıq və vərdişlərin, o cümlədən atma fəndlərinin peşəkar tətbiq edilməsi və təkmilləşdirilməsi üçün öz təcrübələrini bölüşərək lazımi töhvələrini verib və  sual-cavab edərək onların mənimsəmə qabiliyyətini yoxlayıb. I və lV kursun bir neçə kursantı daha fəal iştirak edərək təcrübəli güləşçinin diqqətini cəlb ediblər. Hacı Əliyev carı ilin dekabr ayında Bakı şəhərində keçiriləcək Sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında iştirak etmələri üçün fərqlənən kursantları dəvət edəcəyini qeyd edib.
 
 
 
 

Geriyə | Çap versiyası